Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, son – XXXIV turda “Əl-Nəsr” doğma meydanda “Damak”ı 4:1 hesabı ilə məğlub edib.
Ər-Riyadda yerləşən “Əl Əvvəl Park” stadionunda keçirilən görüşdə hesabı 35-ci dəqiqədə Sadio Mane açıb. Fasilədən dərhal sonra Kinqsli Koman fərqi artırıb. Qonaqların yeganə qolunu 58-ci dəqiqədə Morlaye Silla penalti zərbəsindən vurub.
Matçın qalan hissəsində səhnəyə Kriştianu Ronaldu çıxıb. Portuqaliyalı hücumçu 63 və 81-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Bu qələbə sayəsində “Əl-Nəsr” mövsümü 86 xalla çempion kimi başa vurub. 84 xalı olan “Əl-Hilal” ikinci pillədə qərarlaşıb. “Damak” isə 29 xalla 16-cı yeri tutub.
Qeyd edək ki, Kriştianu Ronaldu 2019/2020 mövsümündə “Yuventus”la İtaliya çempionu olduqdan sonra ilk dəfə yenidən ölkə çempionluğu sevinci yaşayıb.










































































