"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Dianyenin zədəsi ciddi deyil.
Sportnet.az-ın məlumatına görə, bu barədə seneqallı hücumçu sosial media hesabından paylaşım edib.
Dünən qasıq nahiyyəsindən zədə alan 29 yaşlı forvard özünü yaxşı hiss etdiyini yazıb. O, sentyabrın 12-də Tükiyə Superliqasının 2020/2021 mövsümünün ilk turunda "Qaziantepspor"a qarşı oynaya biləcəyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.