1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ”ın oyununa 50 məktəbli gəlirdi"
"Komandamız oynamağı bacarır. Fikrimcə, biz Hollandiya Erediviziyasında çox yaxşı çıxış edə bilərik”. Sportnet.az-ın "apasport"a istinadən məlumatına görə, bunu "Qarabağ”ın futbolçusu Leroy Corc deyib.
"Voetbal International”a danışan hollandiyalı yarımmüdafiəçi Ağdam təmsilçisindəki karyerasından danışıb. Corcun sözlərinə görə, onu təəssüfləndirən məqam stadionlara yetərincə azarkeşin gəlməməyidir: "Elə günlər olub, öz-özümə düşünmüşəm ki, mən hara düşmüşəm. "Qarabağ”ın oyununa izləməyə hardasa 50 məktəbli gəlirdi... Avropa birinciliklərində isə hər şey fərqlidir. Yaxşı rəqiblərə qarşı oyunlarda tribunalarda 20 min azarkeş olur”.
27 yaşlı futbolçu ötən yay "Qarabağ”a keçməsini isə yaxşı klublardan təklif almaması ilə əlaqələndirib: "Ola bilər ki, Hollandiyada adamlar təəccüblənir ki, niyə Azərbaycana getdim. Hazırda 27 yaşım var. Bu, futbolçu üçün ən yaxşı ildir. Ancaq NEK-lə ötən mövsümü başa vurduqdan sonra mənimlə maraqlanan o qədər də çox klub olmadı. Belədə mən macəra dalınca getdim”.