"Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə Polşada keçirəcəkçəri oyunu öncəsi mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis fikirlərinin eyni zamanda Azərbaycanda qaldığını bildrib: "Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq. Lakin təəssüf ki, düşmənimiz bizimlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.