İtaliya A Seriyasında III turun mərkəzi görüşlərindən biri "Latsio" və "İnter" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə qonaq komandadan Lautaro Martines açıb. 55-ci dəqiqədə isə meydan sahiblərinin futbolçusu Sergey Milinkoviç-Saviç tarazlığı təmin edib.
Komandalar oyunu azlıqda başa vurublar. 69-cu dəqiqədə "Latsio"dan Çiro İmmobile, 86-cı dəqiqədə isə Stefano Sensi qırmızı vərəqə alıb.
Bu nəticədən sonra "İnter" 7 xalla 3-cü, "Latsio" 4 xalla 9-cu pillədə qərarlaşıb. Turun əsas oyunu isə saat 22:45-də başlanacaq. Çempion "Yuventus" "Napoli"ni qəbul edəcək.