"Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər". Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XVII turunda "Qəbələ" ilə oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib.
42 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: "Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, "Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.