
Ukrayna millisinin və İspaniyanın "Real Madrid" klubunun qapıçısı Andrey Lunində koronavirus aşkarlanıb.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə yanaşı, digər futbolçu, "Aleksandriya"dan yığmaya çağırılan Yuri Pankovun testi də müsbət nəticələnib. Bundan əlavə, komandanın aşpazı da koronavirusa yoluxub. Onların hər üçü oteldə karantindədirlər.
Qeyd edək ki, Ukrayna millisi oktyabrın 7-də Fransa ilə yoldaşlıq oyunu keçirəcək. Komanda Millətlər Liqasında oktyabrın 10-da Almaniya, oktyabrın 13-də İspaniya ilə üz-üzə gələcək.