Almaniya Futbol İttifaqının (DBF) ofislərində, təşkilatın hazırkı və keçmiş məmurlarının evlərində axtarış aparılıb.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırma Frankfurt prokurorluğu tərəfindən həyata keçirilib. Prokurorlar və vergi orqanları 6 şəxsi 4,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edir.
Səlahiyyətli şəxslər məmurların 2014-2015-ci illərdə bir neçə matç zamanı stadionlarındakı reklam gəlirlərini bilərəkdən əmlak gəlirləri kimi elan etmələrindən və vergidən yayınmağa səbəb olmalarından şübhələnirlər. Qurum şübhəlilərin adlarını açıqlamayıb.
Beş federal əyalətdə aparılan axtarışlarda təxminən 200 məmur iştirak edib.