"Oyunda futbolçularımdan istədiyimin daha çoxunu gördüm. 2 qol buraxmağımıza və uduzmağımıza baxmayaraq, yaxşı komandaya qarşı inamlı mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
Komandasının oyun baxımından inkişafda olduğunu söyləyən belçikalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsinin III turunun Lüksemburqla matçına da toxunub: "İstənilən çətinliyin öhdəsindən gəlməyə hazırıq. Lüksemburqla görüşdə mütləq fərqli komanda görəcəksiniz. Qısa vaxt kəsiyində 3 vacib oyunumuz var. Vaxtdan düzgün istifadə etməliyik. Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm. Amma qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün xal və ya xallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, 3 gün sonra isə Albaniyada Azərbaycanla qarşılaşacaq.