"Nəticədən razıyam, amma asan qələbə olmadı".
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycan yığması üzərində 2:1 hesablı qələbə qazandıqları Avropa çempionatının seçmə oyunundan sonra deyib. Kentoş meydana sonradan girənlərin işini müsbət qiymətləndirib: "Onlar matçın gedişini dəyişdirdilər. Müəyyən mərhələlərdə işimiz sabit idi, amma ölü nöqtələr də oldu. Qarşıda bizi Fransa gözləyir. Bu fərqli rəqib və fərqli oyun olacaq".
Qeyd edək ki, 2-ci qrupda 8-ci oyununu keçirən Azərbaycan millisi 6-cı məğlubiyyətlə üzləşib və 6 xalla 5-ci yerə enərək, növbəti mərhələ şansını itirib. 7 oyundan sonra xalını 9-a çatdıran Slovakiya isə 3-cüdür.