
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Hacı-Məhərrəmov Çexiyanın "Slovan" (Liberets) və Belçikanın "Gent" komandaları arasındakı Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında UEFA nümayəndəsi olacaq.
Görüş oktyabrın 22-də Çexiyanın Liberets şəhərindəki “U Nisi” stadionda keçiriləcək.