UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Albaniyada keçirilmiş Azərbaycan - Kipr oyununa yerli azarkeşlər maraq göstərib.
Sportnet.az-ın məlumatına görə, Elbasan şəhər stadionundakı qarşılaşmanı sakinlərdən biri öz mənzilinin eyvanından izləyib.
Görüş koronavirus pandemiyası səbəbindən azarkeşsiz oynanılıb.
Qeyd edək ki, oyun qolsuz heç-heçə ilə başa çaıb.