Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi 66 yaşlı Devid Hendersona aeronaviqasiya qaydalarını pozma ittiham irəli sürüb.
Sportnet.az-ın məlumatına görə, Hendersonun günahı 2019-cu ildə futbolçu Emiliano Salanın öldüyü təyyarə qəzasınnın araşdırılması zamanı üzə çıxıb.
Argentinalı futbolçunun uçuşunun təşkilində vasitəçi olduğu iddia edilən şəxs səhlənkarlıqda günahlandırılır. Henderson oktyabrın 26-da Kardiff şəhərində növbədi dəfə məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.