"Neftçi" və "Sabah" komandaları Azərbaycan Premyer Liqasının VI tur matçına birgə pankartla çıxıblar.
Sportnet.az-ın məlumatına görə, pankart üzərində "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" yazılıb.
Hər iki komandanın oyunçuları və hakimlər görüşün əvvəlində xüsusi forma da geyiniblər. Formada "torpaq uğrunda ölən varsa, vətəndir" yazılıb.