"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunun ispaniya "Vilyarreal"ı ilə oyun öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.
Sportnet.az-ın "Sabah" nəşrinə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.