UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun "Qarabağ"la oyunu "Sivasspor" üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisini 2:0 hesabı ilə üstələyən komanda 11 ildən sonra avrokuboklarda qələbə qazana bilib.
Türkiyə təmsilçisi 2009/2010 mövsümündə Çempionlar Liqasında iştirak edib. III təsnifat mərhələsinin ilk görüşündə Belçikada "Anderlext"ə 0:5 hesabı ilə uduzan komanda cavab görüşündə 3:1 hesabı ilə qalib gəlib. Həmin mövsüm Avropa Liqasının pley-off mərhələsində Ukrayna "Şaxtyor"una 0:2 və 0:3 hesabı ilə məğlub olan "Sivasspor" avrokuboklarla vidalaşmalı olub.
"Qırmızı-ağlar" qrupdakı ilk matçında İspaniyada "Vilyarreal"a 3:5, daha sonra İsrailin "Makkabi" (Təl-Əviv) komandasına evdə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilib. "Sivasspor"un prezidenti Mecnun Otyakmaz və 18 nəfər bəraət alıb.