
"Xəzər Lənkəran” qış təlim-məşq toplanışı müddətində Antalyanın Belek bölgəsində yerləşən "Crystal Tat Beach"də məskunlaşacaq. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvar ayının 6-da qardaş ölkədə hazırlığa start verəcək komandamız 20 günlük hazırlıq müddətində 5 yoxlama oyunu keçirməyi planlaşdırır.