Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna – Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.