"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəyi omatçın hazırlığını başa vurub.
Sportnet.az xəbər verir ki, Ağdam ktəmsilçisi bu gün oyun öncəsi son məşqinə çıxıb.
Hazırlıq prosesindən sonra klubun baş meneceri Asif Əsgərovun doğum günü qeyd olunub. Klub rəsmisinin 39 yaşının tamam olması münasibətilə tort kəsilib.
Qeyd edək ki, sabah İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.