UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərə "Arsenal"ından Nikolas Pepe, İngiltərə "Tottenhem"indən Karlos Vinisius, Almaniya "Bayer"indən Kerem Demirbay və Niderland PSV-sindən Kodi Qakpo iddia edir.
Pepe Norveçdə "Molde"ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan "Lüdoqorets"inə 4:0 qalib gəldikləri matçda iki qol vurub. Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrailin "Hapoel" (Beer-Şeva) komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.