Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportnet.az-ın məlumatına görə, Mehmet Özdilek "Erzurumspor"un sükanı arxasından ayrılıb. Bu, "mavi-ağlar"ın evdə "Antalyaspor"la 2:2 hesablı heç-heçə etdiyi X tur matçından sonra baş verib.
Hazırda "Erzurumspor" 9 oyundan 9 xalla 17-ci pillədə qərarlaşıb.