
İngilis mətbuatında son üç gündür dünyanın ən bahalı futbolçusu Qarri Qaret Beylin 118 milyon funt sterlinqə bu yay "Real Madrid"dən "Mançester Yunayted"ə transfer olmağı qəbul etdiyi barədə söz-söhbətləri gəzir. Sportnet.az-ın məlumatına görə, "Dail Press"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Van Qaal uelsli ulduzu almaq üçün əlindən gələni edir.
O rəhbrəlikdən bu futbolçunu almağı israrla tələb edib. 25 yaşlı Qallinin də "Mançester Yunayted"ə gəlməyə isti baxdığı da ingilis mətbuatında çıxan iddialar arasındadı. Xəbəri ilk verən ispan mətbuat orqanı as.com, Luis Van Qaalın 26 dekabrda oynanan "Nyukasl" matçından əvvəlki mətbuat konfransında Beyl ilə əlaqədar sual yağışı əsnasında söz-söhbəti yalanlamadığını "Bunu media ilə deyil, ancaq "CEO"muz (Ed Vudvard) ilə danışaram" dediyinə diqqət çəkib. "Daily Mirror" qəzeti isə "Real Madrid"in Qaret Beylin yerinə Marko Reusu düşündüyünü yazıb.