
İtalya mediası "Yuventus"un Uesli Sneyderi alacağı ilə bağlı xəbərlərini davam etdirərkən, klubun tərəfdarları hollandiyalı ulduzu istəmədiklərini internetdə büruzə verdilər. Sportnet.az-ın məlumatına görə, "İnter"in köhnə ulduzunu komandalarında görmək istəməyən "Yuventus" tərəfdarları forumlarda bu transferə mənfi münasibət sərgiləyiblər.
Bununla yanaşı, "Qalatasaray" Sneyderlə bağlı rəsmi təklifin gəlmədiyini açıqlayıb. "La Gazzetta dello Sport" Çempionlar Liqasında bu mövsüm başqa bir komandada forma geyə bilməyəcək olan Uesli Sneyderin "Qalatasaray"da aldığı yüksək əmək haqqıdan yazıb. "Corriere dello Sport" isə, "Yuventus"un orta sahə üçün 4 transfer alternativi olduğunu yazıb. Sneyder gedəcəyi haqqında xəbərləri şərh edərkən, "Qalatasaray"da xoşbəxt olduğunu bildirib.