
"Qalatasaray”ın baş məşqçisi
Hamza Hamzaoğlu klubdan ayrılacaq futbolçuların adlarını müəyyənləşdirib.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşqçi 10 futbolçunun
komandadan gönədirilməsini istəyib.
Yanvarın 10-da Türkiyənin
Alanya bölgəsində topalanacaq komanda təlim məşq toplanışına 25 futbolçu ilə
başlayacaq. Klubdan gedəcəklər isə bunlardı:
Emmanuel Ebue, Gökhan Zan, Endoğan Adili, Veysəl, Qoran Pandev, Furkan, Umut Gündoğan, Engin Bayrar, Yiğit Gökoğlan və illik ödənişi çox olan Aydın klubu tərk edəcəkər.
Məlumata görə, klub rəhbərliyi bu futbolçuların bəzilərini icarəyə verəcək, bəzilərini isə satacaq.