Rusiyanın "Torpedo", "Kuban" və "Terek" klublarının sabiq futbolçusu İqor Kiselyov dünyasını dəyişib. Kiselyov 36 yaşında ürək çatışmazlığından vəfat edib.
Mərhum hücumçu 2001-ci ildə aşağı dəstədə mübarizə aparan "Krasnodar-2000"in heyətində çıxış etdiyi vaxt bir oyuna 10 qol vurub. Bu, Rusiya futbol tarixinin rekordu sayılır. Kiselyov həmin mövsüm ərzində ümumilikdə 47 qol vurub.
Qeyd edək ki, İ.Kiselyov karyerası ərzində yalnız Rusiya klublarının formasını geyini. (report.az)