Almaniya Bundesliqası klublarından "Hamburq"dan ayrılması gündəmdə olan türk əsilli oyunçu Tolgay Aslanın meneceri Fransesko Di Frisko transferlə əlaqədar fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Frisko Türkiyədən "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray"ın gənc ulduzla maraqlandığını deyib.
"Beşiktaş" Tolgay ilə ciddi şəkildə maraqlanır. "Fənərbağça" da Tolgay ilə maraqlanmağa başlayıb. "Qalatasaray"ın isə Roberto Mançini dövründən bu yana Tolgay istəyi var. "Inter" ilə Tolgayın transferi mövzusunda görüşməmişik. Ancaq bəlkə gələcəkdə bu mövzu haqqında bir görüşü ola bilər. "Latsio" və "Napoli"nin Tolqay ilə maraqlandığını söyləyə bilərəm." deyə Frisko bildirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |