"Qəbələ”nin
Avropa Liqasının I təsnifat mərhələsinə hazırlıq planı müəyyənləşib. Bu barədə
Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, komanda iyunun 12-də təlim-məşq toplanışı məqsədilə ölkə xaricinə yollanacaq, amma səfərə bir gün gec çıxmaq ehtimalı da var. Səfiyarlı üz tutacaqları ölkə haqqında da məlumat verib: "Böyük ehtimalla Avstriyaya yollanacağıq, amma Sloveniya variantını da istisna etmirik. Yoxlama görüşləri keçirmək üçün daha münasib rəqiblər hansı ölkədə olsa, oraya da üstünlük verəcəyik. Toplanışımızın nə qədər davam edəcəyi püşkatmanın nəticəsindən asılı olacaq. Əgər ilk oyunu evdə və ya Azərbaycana yaxın ölkədə keçirməli olsaq, hazırlığımız 15 gün davam edəcək. Səfərdəki qarşılaşma toplanışda olduğumuz ölkəyə yaxın yerdə keçirilərsə, iyulun sonuna qədər orada qalacağıq”.
Qeyd edək ki, "Qəbələ”nin əcnəbi futbolçuları komandaya birbaşa təlim-məşq toplanışı keçiriləcək ölkədə qoşulacaqlar.