Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Pokettinonun koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssis özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel D Aqostino rəhbərlik edəcək.
Yanvarın 16-da PSJ "Anje" ilə Liqa 1 matçında üz-üzə gələcək.
Qeyd edək ki, Maurisio Pokettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.