
"Neftçi"nin futbolçusu Ömər Buludov zədələnib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı cinah müdafiəçisi Premyer Liqanın XIV turunda "Səbail"a 3:1 hesabı ilə qalib gəldikləri matçın sonlarında xəsarət alıb.
90+2-ci dəqiqədə onun yerinə Elnur Əlibəyli daxil olub.