"Qarabağ"ın mətbuat xidmətinin əməkdaşı Yusif Hüseyn klubdan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə onun özü açıqlama verib. Y.Hüseyn qərarını Nurlan İbrahimovun Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedişi ilə əlaqələndirib. O, kluba 5 il əvvəl İbrahimovun dəvəti ilə gəldiyini xatırladaraq, "Qarabağ"dakı fəaliyyətinin mətbuat katibinin gedişi ilə bitdiyini diqqətə çatdırıb.