
“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, Filipe Pahtmanla 6 ay + 3 illik müqavilə imzalanıb.
Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququnun alınması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 21 yaşlı forvardın transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb.