![](/uploads/posts/2021-02/medium/1612259464_zubir.jpg)
"Qarabağ" klubu futbolçusu Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatmalı idi.