"İlk 20-25 dəqiqədə öz oyunumuzu heç cürə tapa bilmirdik. Duellərdə və təhlükəli vəziyyətlərdə uduzurduq. Digər tərəfdən, "Zirə” güclü komandadır, yaxşı müdafiə və yarımmüdafiə xətti var. Bununla belə, ikinci hissədə daha inamlı oynayıb bir neçə dəfə qol epizodu yarada bildik. Qol vurmağa layiq idik, sadəcə, alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Serbiyalı müdafiəçi bildirib ki, Zirədəki cavab matçında yaxşı oyun göstərmək lazımdır: "Yarımfinala vəsiqə şansımız var. Bunun üçün səhvlərimizi düzgün təhlil edib cavab oyununda bunları təkrarlamamalıyıq. İnanıram ki, belə olsa, növbəti mərhələyə adlayacağıq”.
Qeyd edək ki, cavab görüşü fevralın 7-də keçiriləcək.