
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, sol ayaq əzələsindən zədələnən belçikalı hücumçunun 4-6 həftə meydanlardan kənarda qalacağı gözlənilir.
Bu halda, 31 yaşlı forvardın İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/8 final məhrələsinin ilk oyununu (24 fevral) və "Atletiko" ilə La Liqa matçını (7 mart) buraxa bilər.
Qeyd edək ki, cari mövsümdə cəmi 8 oyun keçirən Eden Azar 2 qol vurub.