"Neftçi"nin futbolçusu Ömər Buludov zədəsini tam sağaldıb.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı cinah müdafiəçisi komanda ilə məşqlərə start verib.
O, baş məşqçi Samir Abasov şans verəcəyi təqdirdə Azərbaycan Kubokunun 1/4 finalında "Zirə" ilə cavab matçında iştirak edə biləcək. Evdə 0:1 hesabı ilə məğlub olduqları matçda dodağı partlayan və tikiş atılan Emin Mahmudovun da durumu yaxşıdır.
"Neftçi"də yalnız hələ Bakıya qayıtmayan Yusuf Laval "Zirə" ilə oyunu buraxacaq.
Qeyd edək ki, fevralın 7-də keçiriləcək "Zirə" - "Neftçi" matçı saat 17:30-da başlayacaq. İlk görüşdə "Zirə" minimal hesablı qələbə qazanıb - 1:0.