
Dünən günorta saatlarında Antalyaya çatan "Xəzər Lənkəran" məskunlaşacağı oteldə yerləşib. Sportnet.az-ın məlumatına görə, qısa istirahətdən sonra komanda toplanış çərçivəsində ilk məşqinə çıxıb.
Elnur Cəfərov istisna olmaqla bütün futbolçular hazırlıqlarda iştirak edir.
Qeyd edək ki, gənc futbolçu 1997-ci il təvəllüdlü futbolçularımızdan ibarət komandanın heyətində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak etdiyindən Antalya toplanışına qoşulmayıb.















































































