Tovuz şəhər stadionu bu gün keçirilməli I Divizionun XIV turunda bu gün keçirilməli olan “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçına hazırdır.
Bu barədə Sportnet.az-a Tovuz təmsilçisinin Muşahidə Şurasının sədri Oktay Abdullayev məlumat verib.
O bildirib ki, hazırda Tovuz rayonun hava soyuq olsa da, qar yağmır və görüş üçün hansısa problem yoxdur.
Qeyd edək ki, I Divizionun XIV turunda bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.
Xatırladaq ki, daha əvvəl XIII turun "Kəpəz" - "Qaradağ Lökbatan" və "Turan Tovuz" - "Sumqayıt - 2" görüşləri ertələnib.
Tovuzdakı qarşılaşma fevralın 17-də 51-ci dəqiqədə qarın yağması səbəbindən yarımçıq dayandırılmışdı. Görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyindən görüş növbəti gündə də baş tutmayıb.