
"AVRO-2020 baş tutmaya bilməz".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri UEFA-nın tibbi məsləhətçisi Daniel Kox "Reuters"ə açıqlamasında deyib.
O bildirib ki, Avropa çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir: "Əksinə, hazırda realist və nikbin ssenari var. Turnir mütləq keçiriləcək".
Koxun sözlərinə görə, azarkeşlər AVRO-2020-nin oyunlarını izləmək üçün digər ölkələrə səyahət imkanı əldə edə bilərlər.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.