
"Əvvəlkilərdən fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik. Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xətdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adam Valentin Qranaktin turnirində Sankt-Peterburq komandasına 2:4 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Rəqibi qələbə münasibəti ilə təbrik edən almaniyalı mütəxəssis Sankt-Peterburq komandasının çox gözəl təsir bağışladığını vurğulayıb. O, Cənubi Koreya yığması ilə növbəti oyunu düşünmələrinin vacibliyini əlavə edib.