UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.
"Qarabağ"la A qrupunda mübarizə aparmış İspaniya "Vilyarreal"ı 1/8 finalda Ukraynanın "Dinamo" (Kiyev) klubuna rəqib olub. İngiltərənin "Mançester Yunayted" komandası isə bu mərhələdə İtaliya "Milan"ı ilə üz-üzə gələcək.
Avropa Liqası
1/8 final mərhələsinin cütlükləri
"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
"Dinamo" Kiyev (Ukrayna) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
"Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)
"Qranada" (İspaniya) - "Molde" (Norveç)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.
-----------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Bu raundda komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər. Hər hansı məhdudiyyət püşkatmadan öncə elan olunacaq.
1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.
Avropa Liqası
1/8 final mərhələsinin iştirakçıları
"Milan" (İtaliya)
"Ayaks" (Niderland)
"Arsenal" (İngiltərə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Qranada" (İspaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Molde" (Norveç)
"Olimpiakos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Slaviya" (Praqa, Çexiya)
"Tottenhem" (İngiltərə)
"Vilyarreal" (İspaniya)
"Yanq Boyz" (İsveçrə)
Qeyd edək ki, 1/4 final və yarımfinal mərhələsnin püşkü martın 19-da atılacaq.