
Almaniyanın "Bavariya" klubu futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Camal Musiala İngiltərə yığmasından imtina edərək Almaniyə millisini seçib. Ştutqartda anadan olmuş Musiala daha sonra anası ilə birlikdə İngiltərəyə köçüb və "Çelsi"nin akademiyasına yazılıb. Futbolçu İngiltərənin aşağı yaşlılardan ibarət milli komandalarında çıxış edib.