Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalov koronavirusa yoluxub.
Bu barədə Sportnet.az-a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
26 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, testin martın 12-də müsbət çıxdığını sözlərinə əlavə edib.
Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın XX turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçı buraxıb. Camalov Azərbaycan yığmasının qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib.