Braziliyalı futbolçu Jenilson Marselo Pereyra Santos karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, bunu son olaraq “Aqua Santa”da çıxış edən müdafiəçinin meneceri Renan Vieyra deyib.
Agent icarə əsasında oynadığı “Yuventude”dən ayrılan 30 mərkəz müdafiəçisinin bir neçə variantının olduğunu etiraf edib ki, onlar Azərbaycan, Qazaxıstan, həmçinin Braziliyanın B seriyasıdır: “Xarici bazardan maraq var. Variantları təhlil etmək üçün bəzi təmasları gözləyirik. Jenilsonun adı Braziliya B seriyasındakı bəzi klubların da gündəmindədir və onlar futbolçunun xidmətində maraqlıdırlar. Tezliklə yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, Jenilson karyerası ərzində yalnız Braziliyada çıxış edib.