
İtaliya millisinin və "İnter"in sabiq futbolçusu Eder karyerasını Braziliyada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu "San-Paulu" ilə müqavilə bağlayıb. Sözləşmənin müddəti 31 dekabr 2022-ci ilədəkdir. O, son olaraq, Çinin "Tszyansu Sunin" komandasında çıxış edərək, çempionluq qazanıb. Təcrübəli forvard İtaliya yığmasında 26 oyuna 6 qol vurub.