AFFA İntizam Komitəsi I Divizionda çıxış edən MOİK komandasını 80 manat məbləğində cərimələyib.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi "hərbçilər"in XXX turda "Sabah-2" ilə ev oyununun gec başlaması göstərilib. Matçın gecikməsi isə MOİK-in geyim formasındakı qüsurla əlaqədar olub.
Bundan başqa klublar hərəyə 5 futbolçusunun sarı vərəqə almaları üzündən daha 80 manat ziyana düşüblər.
"Kəpəz" isə eyni məbləğdə cəriməyə "Zaqatala" ilə ev oyunu zamanı topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəbindən məruz qalıb.