
Türkiyə Futbol Federasiyasının Mübahisəli Məsələlərin Həlli Palatası "Beşiktaş"la keçmiş baş məşqçisi Abdullah Avcı arasındakı təzminat qalmaqalı ilə bağlı qərar verib.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi 58 yaşlı mütəxəssisə ümumilikdə 17,8 milyon türk lirəsi təzminat ödəyəcək.
Klub qərarla bağlı apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Qeyd edək ki, Abdullah Avcı 2019/2020 mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub.