AFFA İntizam Komitəsi "Zirə" klubunu 800 manat məbləğində cərimələyib.
Sportnet.az xəbər verir ki, buna komandanın "Keşlə"yə qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununa gecikməsi səbəb olub.
Qeyd edək ki, qarşılaşma "Zirə"nin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı cavab görüşü aprelin 29-da olacaq.