
2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" 2 günlük fasilədən sonra məşq prosesini bərpa edib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" toplanışın ikinci mərhələsinin ilk gününü komanda 1 məşqlə yekunlaşdırıb.
Roman Qriqorçukun rəhbərliyi altında baş tutan axşam məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.





































































