
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Türkiyə - Uels oyununun açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra hər iki yığma komandanın nəhəng formaları təqdim edilib.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.