
"Sumqayıt" və Serbiyanın "Çukariçki" komandası arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünü rəsmi şəxslər də izləməyə gəlib.
Sportnet.az-ın oyunu işıqlandıran əməkdaşının məlumatına görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev "Kapital Bank Arena"ya təşrif buyurub.
Oyundan əvvəl "Sumqayıt" komandasının futbolçuları azarkeşləri salamlayıb. Fan-klub üzvləri isə göyə şarlar uçurub.
Qeyd edək ki, görüş saat 20:00-da başlanacaq.